Fəaliyyət dairəsi

“TAC” MMC əhalinin keyfiyyətli içməli su və sərinləşdirici içkilər ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətdir. Şirkət özəl müəssisə kimi 1997-ci ildə təsis edilib və 23 ildən atrıqdır ki istehlakçılar tərəfindən böyük rəğbət hissi ilə qəbul edilir. Bütün bu illər ərzində şirkət özünü həm etibarlı istehsalçı, həm də etibarlı tərəfdaş kimi tanıdıb.

“TAC” MMC-nin məhsulları ən yüksək Avropa standartlarına uyğun olaraq, bazarda yerli və xarici markalar ilə rəqabətə müvəffəqiyyətlə tab gətirir. Müəssisənin əsas fəaliyyət sahəsi qazlı və qazsız içməli sular və alkoqolsuz içkilərin istehsalıdır.

Məhsul keyfiyyətinə yüksək ixtisaslı mütəxəssislər tərəfindən nəzarət edilir, ISO 9001:2008 və ISO 22000:2005 kimi beynəlxalq sertifikatlarla təsdiqlənir.

Keyfiyyət üstünlük təşkil edəndə

“TAC” şirkətinin bütün məhsulları – həm  içməli sular, həm  müxtəlif spirtsiz içkilər, dünyanın aparıcı istehsalçılarından “KRONES”, “HUSKY”, “UNIVERSAL AQUA” və s. avadanlıqlar vasitəsilə istehsal olunur.

Yüksək keyfiyyətli xammal, müasir avadanlıq və qabaqcıl texnologiyalardan istifadə, ixtisaslı mütəxəssislərin işə cəlb edilməsi istehsal olunan məhsulların yüksək qida dəyərini, keyfiyyətini  və əla dadını təmin edir.

İstehlakçıların “canlı” təbii su və ekoloji cəhətdən təhlükəsiz sərinləşdirici içkilər ilə təmin olunması “TAC” MMC-nin öz üzərinə götürdüyü və müvəffəqiyyətlə həyata keçirdiyi əsas vəzifəsidir.

Su və sərinləşdirici içkilərin qablaşdırılması dünyada tanınmış Almaniya istehsalı olan “Krones” avadanlığı ilə həyata keçırilir. Məhsulların mükəmməl dadı keyfiyyətli təbii sudan və Almaniyanın «Dohler» şirkətinin məhsulu olan təbii giləmeyvələrdən və meyvələrdən düzəlmiş aromatizatorlardan istifadə edərək təmin edilir.

0993474000