Şərtlər və Qaydalar

Bu Şərtlər və Qaydalar cool.az saytının istifadə qaydalarını müəyyənləşdirir. Səhifəyə daxil olmaqla, bu Şərtlər və Qaydaları tam olaraq qəbul etmiş olursuz. Bu səhifədə əks olunan istifadə qaydalarından imtina etsəniz, səhifənin istifadəsini həmən dayandırın.

Qəbul Olunan Ödəniş Metodları

  • Nəğd ödəmə
  • Debit/Credit Card (Visa, MasterCard).

Topladığımız Məlumatlar

cool.az saytına daxil olub onlayn ödəniş sistemindən istifadə etmək üçün Sizdən özünüz haqqında müəyyən məlumatları təqdim etməyə xahiş olunacaq. Məsələn: ad və soyad, doğum tarixi, həmçinin əlaqə və maliyyə detalları.

Məxfilik Siyasəti

Məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün çox vacib amillərdən biridir. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və/və ya bu kimi  şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürmür. Saytımız şəxsi məlumatlarınızı yalnız xidmətlərimiz və sayt haqqında xəbərlər, eləcə də yeniliklər barədə sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edəcək.

Nəzərinizə çatdırırıq ki, bu “Məxfilik Siyasəti” vaxtaşırı olaraq yenilənə və dəyişdirilə bilər. “Məxfilik Siyasəti”nə edilən hər hansı dəyişiklik barədə məlumat veb-saytda yerləşdiriləcək və ya email vasitəsilə sizə göndəriləcək. Hansı məlumatların toplanıldığı, necə istifadə edildiyi və ya hansı şərtlər daxilində aşkarlandığı barədə məlumatlı olmaq üçün bu səhifəni mütəmadi yoxlamaq vəzifəsi sizə aiddir. İstənilən halda, dəyişiklik edilmiş “Məxfilik Siyasəti” dəyişikliklər barədə sizin məlumat əldə edib-etməməyinizdən asılı olmayaraq, sizə münasibətdə tətbiq ediləcək.

Kredit Kart Ödənişləri

Onlayn formalarını doldurandan sonra kredit kartınızdan ödəniş alınacaq və e-poçt vasitəsilə ödəniş qəbzi Sizə göndəriləcək.

Hüquqların Qorunması

Biz, öz mülahizəmizə əsasən istənilən vaxt bütün istinadları və ya veb-saytımıza aid hər hansı bir istinadı silmək hüququnu özümüzdə saxlayırıq. Tələb olunsa, veb-səhifəmizə olan bütün istinadları dərhal silinməsinə razılıq verirsiniz. Həmçinin, Şərtlər və Qaydalar və istinadlanma siyasətini dəyişmək hüququnu da özümüzdə saxlayırıq. Veb-saytımıza istinadlanmağı davam etdikdə, bu əlaqələndirici şərtlərə əməl etməyi qəbul etmiş olursunuz.

Çatdırılma

Sifarişlər bazar ertəsi günündən cümə gününədək alıcı tərəfindən göstərilən ünvana çatdırılır. Çatdırılma, TAC MMC şirkəti  tərəfindən satın alınan malların zamanında alıcıya təslim edilməsini təmin etmək üçün maksimum səylə təmin olunur.

Bazar ertəsindən cümə günü qədər yerləşdirilən sifarişlər növbəti (iş) günü ərzində çatdırılma üçün hazırlanacaq. Bizim logistika tərəfdaşlarımız sifarişinizi seçdiyiniz ünvana çatdıracaqlar. Çatdırılma Bakı, Sumqayıt və Xırdalan şəhərlərinə pulsuzdur.

Geri Qaytarma

Aldığınız məhsuldan tam razı deyilsinizsə, məhsulu çatdırılan günündən 14 gün ərzində geri qaytarmaq hüququnuz var.

Geri qaytarılmış məhsulları aldıqdan sonra sifarişinizin dəyərini ödəyəcəyik.

Əlavə yardım ya məsləhət üçün  order@cool.az e-poçt vasitəsilə bizim ticarət məsləhətçilərimizə müraciət edə bilərsiniz.

0993474000